Vuçiç sentyabrın sonunda istefa verəcəyini bildirib
Serbiya prezidenti Aleksandr Vuçiç oktyabrın 25-nə təyin edilmiş parlament seçkilərindən əvvəl, sentyabrın 25-i və ya 26-da istefa verəcəyini bildirib.

Serbiya prezidenti Aleksandr Vuçiç cümə günü sentyabrın 25-i və ya 26-da istefa verməyi planlaşdırdığını bəyan edib. O, parlament seçkilərindən əvvəlki son ayı sıravi vətəndaş kimi keçirmək niyyətindədir.
«Mən sentyabrın 25-i və ya 26-da Serbiya prezidenti vəzifəsindən istefa verəcəyəm və seçkiöncəsi kampaniyanın (parlament seçkilərindən əvvəlki) son ayını sıravi vətəndaş kimi keçirəcəyəm»
Serbiyada parlament seçkilərinin oktyabrın 25-nə keçirilməsi planlaşdırılır. Bundan əvvəl, keçən çərşənbə günü dövlət başçısı ölkə parlamentini buraxmışdı.
Sentyabrın əvvəlində hakim Serbiya Tərəqqi Partiyasının rəhbərliyi növbəti seçkilərdə partiyanın qələbə qazanacağı təqdirdə Aleksandr Vuçiçin hökumət başçısı postuna namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış edib.
Mənbə: interfax.ru





