30 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.8945+0.0038TRY 0.03410100×RUB 2.11180
media.az
Siyasət

Azərbaycan XİN Türkiyəni Respublika Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Respublika Günü münasibətilə təbrik edib və Türkiyə Respublikasının təsis edilməsinin 103-cü ildönümünü qeyd edib. Təbrik nazirliyin sosial şəbəkədəki hesabında yayımlanıb.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan XİN Türkiyəni Respublika Günü münasibətilə təbrik edib
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə təbrik edib.

Nazirliyin bəyanatında qardaş Türkiyə xalqı və dövləti təbrik olunub, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

Bəyanatda deyilir:

“Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik. Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun!”

Paylaş

Oxşar materiallar

Hamısına bax
Azərbaycan XİN Türkiyəni Respublika Günü münasibətilə təbrik edibF4Media səsləndirməsi