28 oktyabr 2026 Bakı —
media.az
Ekologiya 2

“Yaşıl Həyat Səfirləri” layihəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində “Yaşıl Həyat Səfirləri: İlisu-Sarıbaş Ekoloji Təlim və Düşərgə Proqramı” layihəsinin icrasına başlanılmışdır.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
“Yaşıl Həyat Səfirləri” layihəsinə start verilib
Ekologiya 2 — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Yenilənib: Oktyabr 26, 2026 12:36 axşam

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində “Yaşıl Həyat Səfirləri: İlisu-Sarıbaş Ekoloji Təlim və Düşərgə Proqramı” layihəsinin icrasına başlanılmışdır.

Qax rayonunda gənclərin ekoloji biliklərinin artırılması, təbiətə məsuliyyətli münasibətin təşviqi və yerli ərazilərin qorunmasında fəal iştirakının dəstəklənməsi məqsədilə “Yaşıl Həyat Səfirləri: İlisu-Sarıbaş Ekoloji Təlim və Düşərgə Proqramı” layihəsinin icrasına başlanılıb. 2026-cı ilin oktyabr–dekabr aylarını əhatə edən layihə İlisu və Sarıbaş kəndlərində həyata keçirilir. Layihə çərçivəsində gənclərin ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinin təsirləri və gündəlik həyatda ekoloji vərdişlərin tətbiqi barədə məlumatlılığının artırılması nəzərdə tutulur. Proqram çərçivəsində interaktiv təlimlər, qrup müzakirələri, ekoloji oyunlar və praktiki fəaliyyətlər təşkil olunacaqdır. İştirakçılar tullantıların azaldılması və çeşidlənməsi, su və enerjiyə qənaət, təkrar istifadə və təbiətin qorunmasında gənclərin rolu kimi mövzular ətrafında bilik və bacarıqlarını inkişaf etdirəcəkdirlər.

Layihənin mühüm istiqamətlərindən biri də Sarıbaş kəndində ekoloji yürüşün və ətraf mühitin qorunmasına yönəlmiş praktiki aksiyanın keçirilməsidir. Bu fəaliyyətlər vasitəsilə iştirakçıların təbiəti müşahidə etmək, ərazidəki ekoloji problemləri müəyyənləşdirmək, tullantıların toplanması və çeşidlənməsində iştirak etmək, eləcə də komanda şəklində işləmək bacarıqlarının gücləndirilməsi hədəflənir. “Yaşıl Həyat Səfirləri” layihəsi gənclərin yalnız ekoloji mövzularda məlumatlandırılmasını deyil, həm də onları yaşadıqları ərazidə müsbət dəyişikliklərə töhfə verən fəal iştirakçılara çevirməyi qarşıya məqsəd qoyur. Layihə iştirakçılarının öz gündəlik həyatlarında ekoloji məsuliyyətli davranışları təşviq etmələri və ətrafdakı insanları da bu təşəbbüslərə cəlb etmələri gözlənilir.

Layihə Salam İbrahimovun rəhbərliyi ilə həyata keçirilir və 1 dekabr 2026-cı il tarixinədək davam edəcək.

Paylaş

Oxşar materiallar

Hamısına bax
“Yaşıl Həyat Səfirləri” layihəsinə start verilibF4Media səsləndirməsi