26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 27 noyabr – 11 dekabr tarixlərində 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası keçirilir.

Nəsimi rayonunda, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin 5-ci girişində təşkil olunan yarmarkada ölkənin 52 regionundan 270 arıçı fermer iştirak edir.
İştirakçılar növbəlilik prinsipi əsasında, ilk qeydiyyatdan keçən arıçılar arasından seçilib. Əsas tələblər təsərrüfatın 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və ən azı 40 arı ailəsinin olması olub.
Satış yerləri hər rayondan olan arıçıların sayına uyğun olaraq proporsional qaydada bölüşdürülüb. Ümumilikdə yarmarkada 100 tondan çox bal və 18 növ arıçılıq məhsulunun satışa çıxarılması nəzərdə tutulur.