İran İraqı Trampın “marioneti” olmamaq barədə xəbərdar edib
İraq və İran təhlükəsizlik məsələləri üzrə danışıqlar apardı. Görüş zamanı Tehran Bağdadı ABŞ prezidenti Donald Trampın marionetinə çevrilməmək barədə xəbərdar etdi.

İran və İraq nümayəndə heyətləri təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparıblar. Görüş zamanı Tehran Bağdadı ABŞ prezidenti Donald Trampın təsiri altına düşməməyə çağırıb.
İraq nümayəndə heyətinin açıqlamasına görə, danışıqlarda strateji əhəmiyyət daşıyan və yüksək həssaslıq kəsb edən məsələlər müzakirə olunub. Gündəlikdə sərhəd təhlükəsizliyinə nəzarət, eləcə də hər iki ölkənin qarşılıqlı maraqlarına toxunan digər mövzular yer alıb.
Görüş regionda artan gərginlik və siyasi proseslərin fonunda keçirilib.
Qeyd edək ki, 2026-cı il martın 8-də İraqın cənubundakı Bəsrə şəhərində “Əl-Həşd əş-Şəabi” qüvvələrinin üzvləri İranın ali lideri ayətullah Əli Xameneinin xatirəsinə anım mərasimi keçiriblər.
Mərasim iştirakçıları Xameneinin portretlərini, “Əl-Həşd əş-Şəabi” və “Kataib Hizbullah” təşkilatlarının bayraqlarını qaldıraraq İrana dəstək şüarları səsləndiriblər.
Mənbə: jpost.com





