Yapon-irlandiyalı blogger Yuji Beleza Azərbaycanın karateçisi Rafael Ağayevlə görüşüb
Yapon-irlandiyilli blogger Yuji Beleza Azərbaycana səfəri zamanı dünya şöhrətli karateçi Rafael Ağayevlə bir araya gəlib. Görüşün təfərrüatları açıqlanıb.

Yapon-irlandiyilli məşhur blogger və poliqlot Yuji Beleza Azərbaycana səfəri çərçivəsində Azərbaycanın dünya şöhrətli karateçisi, beşqat dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevlə görüşüb.
Maraqlıdır ki, görüşün təşəbbüsü məhz Yuji Belezadan gəlib. Blogger Azərbaycana səfəri zamanı “Qara brilliant” ləqəbi ilə tanınan Rafael Ağayevlə görüşmək istədiyini bildirərək onunla əlaqə saxlayıb. Rafael Ağayev isə təklifi qəbul edərək idmançı ilə görüşü baş tutdurub.
“Yuji Belezadan mənimlə görüşmək üçün təklif gəldi və mən də bu təklifi qəbul etdim. Görüşümüz çox səmimi və xoş keçdi. Özü məndə çox müsbət təəssürat yaratdı. Söhbət zamanı mənimlə və fəaliyyətimlə bağlı fikirlərini də bölüşdü. Azərbaycana və idmana göstərdiyi maraq məni sevindirdi” — Rafael Ağayev bildirib.
Qeyd edək ki, müxtəlif ölkələrə səfərləri, fərqli mədəniyyətlər və insanlarla görüşləri əks etdirən paylaşımları ilə tanınan Yuji Belezanın Azərbaycan səfəri çərçivəsində Rafael Ağayevlə görüşü də onun hazırladığı yeni videoda əks olunacaq.
Blogger görüşlə bağlı hazırladığı videonu bu gün axşam saatlarında öz sosial media hesabında paylaşacağını bildirib.






