28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Cəmiyyət

Azərbaycan və Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb

Azərbaycan-Gürcüstan sərhədində görülən qarşılıqlı tədbirlər nəticəsində sıxlıq problemi həll edilib. Keçid məntəqələrində nəqliyyatın hərəkəti normal rejimə qayıdır.

Fira Cəlilova1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan və Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb
Cəmiyyət — F4Media

Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamətdə nəqliyyatın sıx hərəkətini aradan qaldırmaq və növbələri minimuma endirmək mümkün olub. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qurumun məlumatına görə, hazırda «Qırmızı Körpü» sərhəd-keçid məntəqəsindən Azərbaycandan çıxış istiqamətində 330 nəqliyyat vasitəsinin gözləməsi qeydə alınır. «Mazımqara» keçid məntəqəsində isə növbədə 56 nəqliyyat vasitəsi var.

Hazırda sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin hərəkəti normal rejimdə həyata keçirilir.

Paylaş

Oxşar materiallar

Hamısına bax