17 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8707-0.0024TRY 0.03370100×RUB 2.0606-0.0043
media.az
Cəmiyyət

Azərbaycan turizm sənayesinin nümayəndələri Qarabağa səfər ediblər

Azərbaycan turizm sektorunun 50 nümayəndəsinin tanışlıq səfəri Xankəndi, Şuşa və Laçın şəhərlərini əhatə edib.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan turizm sənayesinin nümayəndələri Qarabağa səfər ediblər
Cəmiyyət — F4Media

Avqustun 24–25-də Azərbaycan Turizm Bürosunun (ATB) təşkilati dəstəyi ilə yerli turizm sənayesinin 50 nümayəndəsinin iştirakı ilə Xankəndi, Şuşa və Laçın şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub.

Dövlət Turizm Agentliyindən bildirilib ki, səfərin əsas məqsədi iştirakçıları Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı, zəngin tarixi-mədəni irsi, təbii resursları, mövcud infrastrukturu və formalaşan yeni turizm məhsulları ilə tanış etmək olub.

Təcrübi proqram çərçivəsində iştirakçılar regionun müxtəlif turizm məkanlarına baş çəkib, yerli qonaqpərvərlik imkanları ilə tanış olub və potensial marşrutlar haqqında ətraflı məlumat əldə ediblər.

Səfər sənaye nümayəndələrinin praktiki biliklərinin genişlənməsinə, yeni məhsulların hazırlanmasına və gələcək əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsinə töhfə verib. Ölkənin müxtəlif istiqamətləri ilə tanışlıq məqsədilə bu cür səfərlərin davam etdirilməsi planlaşdırılır.

Paylaş

Oxşar materiallar

Hamısına bax