27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Azərbaycan

Azərbaycan və Özbəkistan prezidentləri Buxaranın tarixi görməli yerlərini ziyarət ediblər

2026-cı il avqustun 24-də Azərbaycan və Özbəkistan prezidentləri birinci xanımlar və ailə üzvləri ilə birlikdə Buxaradakı tarixi "Ark" qalasında olublar.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan və Özbəkistan prezidentləri Buxaranın tarixi görməli yerlərini ziyarət ediblər
Azərbaycan — F4Media

2026-cı il avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxaradakı tarixi "Ark" qalasını ziyarət ediblər.

Tarixi məlumatlara görə, "Ark" qalası eramızdan əvvəl IV əsrdə inşa edilib. Onun müasir görkəmi əsasən XVII–XVIII əsrlərdə formalaşıb. XX əsrin əvvəllərində tikili Buxara hakimlərinin qış iqamətgahı kimi istifadə olunurdu.

Hazırda qalanın ərazisi 4 hektar təşkil edir. Onun böyük hissəsi 1920-ci ildə dağıdılıb. 1947-ci ildən bu ərazidə Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

Paylaş

Oxşar materiallar

Hamısına bax