Stolüstü tennis üzrə Asiya çempionatının rəsmi simvolu təqdim edilib
Daşkənddə stolüstü tennis üzrə 29-cu ITTF–ATTU qitə çempionatının rəsmi talismanı təqdim olunub. Yarışın simvolu Toşi adlı qar bəbiri seçilib.

Bu il oktyabrın 19-dan 25-dək Özbəkistanın paytaxtı Daşkənddə stolüstü tennis üzrə 29-cu ITTF–ATTU qitə çempionatı keçiriləcək. Ərəfədə Asiya Stolüstü Tennis Federasiyası qarşıdan gələn nüfuzlu yarışın simvolunu rəsmən elan edib.
"Stolüstü tennis üzrə Asiya çempionatı — Daşkənd 2026" turnirinin rəsmi talismanı olaraq Toşi adlı qar bəbiri seçilib. Yeni personaj Mərkəzi Asiyanın yüksək dağlıq ərazilərində və Özbəkistanın dağlıq rayonlarında yaşayan nadir və qorunan heyvanın obrazı əsasında yaradılıb.
Qeyd olunduğu kimi, irbis gücü, çevikliyi, cəsarəti və dözümlülüyü ilə fərqlənir. Pişiklər fəsiləsinin bu nümayəndəsi qayalıq ərazilərdə təbii tarazlığın qorunmasında mühüm rol oynayır.
Təqdim olunan simvol Özbəkistanın təbii sərvətlərini, milli dəyərlərini və idman enerjisini ahəngdar şəkildə birləşdirmək, həmçinin turnirin əsas vizual atributu kimi xidmət etmək məqsədi daşıyır.
Mənbə: uza.uz





