28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Dünya

Misirli televiziya aparıcısı narkotik işinə görə ölüm cəzasına məhkum edilib

Qahirə Cinayət Məhkəməsi misirli televiziya aparıcısı Sara Xəlifəni və daha 11 nəfəri sintetik narkotik vasitələrin istehsalı və dövriyyəsi işi üzrə ölüm cəzasına məhkum edib.

Mətn ölçüsü
Misirli televiziya aparıcısı narkotik işinə görə ölüm cəzasına məhkum edilib
Dünya — F4Media

Qahirə Cinayət Məhkəməsi televiziya aparıcısı Sara Xəlifəni və daha 11 nəfəri sintetik narkotik vasitələrin istehsalı və paylanması ilə məşğul olan mütəşəkkil cinayətkar qrup yaratdıqlarına görə ölüm cəzasına məhkum edib.

Məhkəmə orqanlarının məlumatına görə, iş üzrə ümumilikdə 28 nəfər keçir. Doqquz təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, yeddi nəfər isə bəraət alıb.

İstintaq müəyyən edib ki, qruplaşma narkotik istehsalı üçün xammalı xaricdən idxal edirmiş. Təhqiqat zamanı hakimiyyət orqanları 750 kq-dan çox narkotik və xammal müsadirə edib, həmçinin iki evdə qanunsuz silah və sursat aşkar ediblər.

Misirdə «Mümkünsüz missiya» verilişinin aparıcısı kimi tanınan 39 yaşlı Xəlifə özünə qarşı irəli sürülmüş bütün ittihamları tamamilə rədd edib.

Paylaş

Oxşar materiallar

Hamısına bax