16 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Azərbaycan

Hava proqnozu: Sentyabrın 8-də Bakıda və Azərbaycanın rayonlarında yağış gözlənilir

Sentyabrın 8-də Bakıda, Abşeron yarımadasında və Azərbaycanın rayonlarında yağış yağacaq. Bəzi yerlərdə ildırım çaxacağı, dolu düşəcəyi və duman olacağı gözlənilir.

Mətn ölçüsü
Hava proqnozu: Sentyabrın 8-də Bakıda və Azərbaycanın rayonlarında yağış gözlənilir
Azərbaycan — F4Media

Bazar ertəsi, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı və ildırım çaxacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Səhər və gündüz dəyişkən külək əsəcək, şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu paytaxtda və Abşeronda gecə 18–20 dərəcə isti, gündüz 22–25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 60–70% təşkil edəcək.

Azərbaycanın rayonlarında da yağıntılı hava şəraiti proqnozlaşdırılır. Bəzi yerlərdə qısamüddətli intensiv leysan yağacağı, ildırım çaxacağı və dolu düşəcəyi gözlənilir. Gecə yağıntıların intensivləşəcəyi, yüksək dağlıq ərazilərdə isə yağışın qara keçəcəyi ehtimal olunur. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gecə 16–20 dərəcə isti, gündüz 25–28 dərəcə isti olacaq. Dağlarda gecə 8–13 dərəcə isti, gündüz 15–20 dərəcə isti gözlənilir.

Paylaş

Oxşar materiallar

Hamısına bax