28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Azərbaycan

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Bakıdının müqəddəs yerlərini ziyarət ediblər

Azərbaycanda səfərdə olan Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Bakıda bir sıra xatirə məkanlarında və Bibiheybət məscidində olublar.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Bibiheybət məscidini ziyarət edən din xadimləri
Azərbaycan — F4Media

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən bir qrup azərbaycanlı din xadimi Bakıdakı Bibiheybət məscidini ziyarət edib.

Ziyarət zamanı qonaqlara məscid və dini kompleks haqqında ətraflı məlumat verilib. Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliğatı Fondu tərəfindən "Zəfər yolu: zəfərin izi ilə" layihəsi çərçivəsində təşkil olunub.

Nümayəndə heyətinin tərkibinə 50-yə yaxın din xadimi daxildir. Səfər proqramına həmçinin xaricdə yaşayan həmyerlilərin tarixi vətənlə əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması daxildir.

Proqramın ilk mərhələsində nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət ediblər.

Paylaş

Oxşar materiallar

Hamısına bax