Türkiyə səfirliyində işgüzar görüş keçirilib
Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Türkiyənin Bakıdakı Səfirliyindəki müşaviri Yener Yıldırımın, ATAGLOBAL şirkətinin təsisçisi Cem Babalıoğlunun, F Holding-in təsisçisi Fərid Mustafayevin və Founder Club-un təsisçisi Ruslan Demirovun təşkilatçılığı ilə Türkiyənin Bakıdakı…

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Türkiyənin Bakıdakı Səfirliyindəki müşaviri Yener Yıldırımın, ATAGLOBAL şirkətinin təsisçisi Cem Babalıoğlunun, F Holding-in təsisçisi Fərid Mustafayevin və Founder Club-un təsisçisi Ruslan Demirovun təşkilatçılığı ilə Türkiyənin Bakıdakı Səfirliyində işgüzar görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi və işgüzar əlaqələrin inkişaf etdirilməsi, yeni əməkdaşlıq və investisiya imkanlarının yaradılması, eləcə də sahibkarlar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları iki qardaş ölkə arasında mövcud strateji tərəfdaşlığın biznes və investisiya sahəsində daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Səmimi və konstruktiv şəraitdə keçirilən görüş gələcək əməkdaşlıqların və birgə layihələrin inkişaf etdirilməsi istiqamətində mühüm fikir mübadiləsi ilə yadda qalıb.





