28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Azərbaycan

Bakıda yeni M7 ekspres marşrutu istifadəyə verilir

Sentyabrın 7-dən etibarən Bakıda "20 Yanvar" metro stansiyası ilə "Həzi Aslanov" istiqamətindəki beş stansiya arasında birbaşa əlaqəni təmin edəcək M7 ekspres avtobusu fəaliyyətə başlayacaq.

Mətn ölçüsü
Bakı küçələrində avtobus
Azərbaycan — F4Media

Sentyabrın 7-dən etibarən Bakıda yeni M7 ekspres marşrutu istifadəyə verilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu qərar "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" metro stansiyaları istiqamətində sərnişin daşınmasına olan tələbatı ödəmək məqsədilə qəbul edilib.

Marşrut "20 Yanvar" metro stansiyasını qeyd olunan təyinat məntəqələri ilə birləşdirəcək. Agentlik dayanacaqların yerini dəqiqləşdirib: "20 Yanvar" stansiyası yaxınlığında avtobuslar Rövşən Cəfərov küçəsində, "Velotrek" kimi tanınan ərazinin qarşısında dayanacaq. "Həzi Aslanov" metro stansiyasındakı son dayanacaq isə Məhəmməd Hadi küçəsində, birbaşa metro girişinin qarşısında yerləşəcək.

Avtobusların hərəkət qrafiki Bakı Metropoliteninin iş rejimi ilə sinxronlaşdırılıb. Nəqliyyat vasitələri hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərəcək.

Paylaş

Oxşar materiallar

Hamısına bax