27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Azərbaycan

“Nizami” metrostansiyası yaxınlığında avtobus dayanacağı genişləndirilib

Bakıda “Nizami” metrostansiyasının qarşısında yerləşən avtobus dayanacağı genişləndirilib, taksi duracağının yeri isə dəyişdirilir.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Nizami metrostansiyasının qarşısındakı avtobus dayanacağı
Azərbaycan — F4Media

Bakı şəhərində, “Nizami” metrostansiyasının qarşısında yerləşən Cəfər Cabbarlı küçəsində nəqliyyatın hərəkətinin təşkili ilə bağlı dəyişikliklər edilib. Ərazidəki avtobus dayanacağının sahəsi uzadılıb.

Bu tədbir metro xətlərinin ayrılması ilə əlaqədar fəaliyyət göstərən ekspres avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədi daşıyır. Eyni zamanda, yeni tənzimləmə sərnişinlərin avtobuslara daha rahat minib-düşməsinə şərait yaradacaq.

Dəyişikliklər çərçivəsində həmin ərazidə mövcud olan taksi duracağının yeri də dəyişdirilir. Hazırda yeni taksi duracağının yerinin müəyyən edilməsi üçün müvafiq təhlillər aparılır.

Paylaş

Oxşar materiallar

Hamısına bax