ABŞ hakimiyyəti “Medicare”də 770 milyon dollarlıq fırıldaqçılıq işi üzrə dörd Pakistan vətəndaşını axtarır
ABŞ-da "Medicare" tibbi sığorta sahəsində 770 milyon dollarlıq irimiqyaslı fırıldaqçılıq işi üzrə dörd Pakistan vətəndaşı axtarışa verilib.

ABŞ hüquq-mühafizə orqanları "Medicare" tibbi sığorta sistemində irimiqyaslı fırıldaqçılıq sxemində iştirakda təqsirləndirilən dörd Pakistan vətəndaşının axtarışını aparır. Qanunsuz fəaliyyətdən dəyən ziyan 770 milyon dollar olaraq qiymətləndirilir.
İstintaqın məlumatına görə, şübhəlilər "Hello International Marketing Solutions" (HIMS) adı altında fəaliyyət göstərən çağrı mərkəzindən istifadə ediblər. Cinayətkarlar bu mərkəz vasitəsilə "Medicare" proqramının benefisiarları haqqında məxfi məlumatları, o cümlədən onların identifikasiya nömrələrini əldə ediblər.
Mənbə: jpost.com





