18 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8707-0.0024TRY 0.03370100×RUB 2.0606-0.0043
media.az
Azərbaycan

Tarix yazılmır,tarix nəsillərdən nəsillərə ötürülərək yaşadılır

Şuşa və digər azad olunmuş ərazilərdə tarixi daşların və divarların üzərinə yazılar yazılması qəhrəmanlıq salnaməsinə zidd hərəkət kimi qiymətləndirilir.

ZZülfiyyə Nuriyeva1 dəq oxunuş
Mətn ölçüsü
Şuşa şəhərinin tarixi mənzərəsi və azad olunmuş ərazilərdə aparılan quruculuq işləri.
Azərbaycan — F4Media

#Şuşa bu adın azadlığını eşitmək üçün gecə saatlarına qədər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin tvitter paylaşımını və çıxışını böyük həyacanla gözləyirdik.Həmin məqamı hamımız sevinc göz yaşları ilə dinlədik,küçələrə axışdıq,qürurla,fəxrlə üç rəngli bayrağımızı yüksəkdə dalğalandırdıq.Bəli bu qələbə 3000-dən çox Şəhidin qanı,Vətən müharibəsinin canı bahasına başa gəldi.44 gün dünya azərbaycanlıları birləşdi və cəbhədəki əsgərlərimizə,qələbəmizə dəstək oldu.Bu tarix ölkəmizin ən şanlı səhifələri olaraq tarixə düşdü.Yalnız Şuşaya və azad olan ərazilərə səfər edən şəxslər daşların,divarların üzərinə tək bir şəhidin adını yazmaqla digər şəhidlərimizə haqsızlıq etdiklərini düşünmürlər.Şəhidlərimizin hər biri bizim baş tacımız,qürurumuzdur.Qazilər canlı tarixdir.Belə ucuz hərəkətlər xalqımızın qəhrəmanlıq səlnaməsinə kölgə salır.Əldə etdiyimiz qalibiyyət nəsiıdən-nəsilə ötürüləcək bir unudulmayan tarixdir. Şuşa və digər ərazilərdə gəzəndə orda qanı tökülən şəhidlərimizin ruhuna hörmətlə davranacağımızı unutmayaq.Daşlara rəngli yazılar tarixi köksündə yaşadan daşlarıda incidir,küsdürür.O qayalar o daşlar çox şeylərə,silinməyəcək tarixə şahidlik ediblər.Şəhidlərimizin ruhu şaddır,rahatdır,qanlarının yerdə qalmadığı ərazilərdə yeni quruculuq işləri aparılır,çiçəklənir.Yaşasın Azərbaycan.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Azərbaycan

Tarixi rolu – qorxunun sındırılması

17 Noyabr 1988-ci ildə Azadlıq meydanına 1 milyona yaxın insan çıxdı. O vaxt SSRİ var idi, meydana çıxmaq həbs demək idi. Amma xalq ilk dəfə olaraq:

Meqamət Əliyev2 dəq oxunuş