Belçikada stomatoloqla bağlı 30 illik şok iddia
Belçikada 30 il ərzində tibbi manipulyasiyalar adı altında pasiyentlərə qarşı cinsi zorakılıq törədən stomatoloqun əməlləri araşdırılır.

Belçikada stomatoloqun pasiyentlərinə qarşı uzun illər ərzində cinsi zorakılıq etdiyi iddia olunur.
Məlumata görə, həkim təxminən 30 il ərzində cinsi xarakterli hərəkətləri tibbi prosedur kimi təqdim edərək qadın pasiyentlərinə qarşı törədib.
Hadisələrin stomatoloji qəbul zamanı baş verdiyi bildirilir. Həkimdən zərər çəkdiyi deyilən şəxslərin onun yanına müalicə üçün müraciət edən qadınlar olduğu qeyd olunur.
Mənbə: ria.ru





