Qafqaz Albaniyasının tarixi xəritəsi tarixi irslə bağlı müzakirələri gündəmə gətirir
Tarixçi-alim Həsən Həsənovun “Azərbaycan – tarixi-coğrafi atlas” əsərində yer alan Qafqaz Albaniyasının tarixi-coğrafi xəritəsi tarixi sərhədlər və mədəni irs məsələlərini yenidən gündəmə gətirib.

Tarixçi-alim Həsən Həsənovun “Azərbaycan – tarixi-coğrafi atlas” əsərində yer alan Qafqaz Albaniyasının tarixi-coğrafi xəritəsi tarixi sərhədlər və mədəni irs məsələlərini yenidən gündəmə gətirib.
Moisey Xorenli və Musa Kalankatuklunun məlumatları əsasında hazırlandığı bildirilən xəritədə Albaniyanın qərb istiqamətindəki tarixi ərazilərinin müasir Ermənistanın bəzi hissələri ilə üst-üstə düşdüyü göstərilir.
Mövzu ilə bağlı fikirlərini bölüşən Gənc Novatorlar Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin icraçı direktoru Xumar İsmayılova bildirib ki, tarixi irsin qorunması yalnız abidələrin saxlanılması ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, tarixi mənbələrin araşdırılması, tarixi yaddaşın qorunması və gənc nəslin bu mövzuda maarifləndirilməsi də mühüm əhəmiyyət daşıyır.
Xumar İsmayılova qeyd edib ki, Qafqaz Albaniyasının tarixi ilə bağlı xəritə və mənbələr elmi əsaslarla öyrənilməli, tarixi irsin mənsubiyyəti məsələlərinə faktlar əsasında yanaşılmalıdır.
Təqdim olunan xəritə Qafqaz Albaniyasının tarixi və mədəni irsi ilə bağlı elmi və ictimai müzakirələrin davam etdirilməsi üçün əsas mövzulardan biri kimi diqqət çəkir.





