“BakıKart” Qarabağ Universitetinin 20 tələbəsinə 100 gedişlik kart verib
“BakıKart” yüksək nəticə göstərən 20 tələbəyə Xankəndi şəhərində ictimai nəqliyyatdan istifadə üçün hər biri 100 gedişlik “CityCard Xankəndi” kartı təqdim edib.

“BakıKart” (K Group MMC) Qarabağ Universitetinə qəbul zamanı ən yüksək nəticə göstərən 20 tələbəyə Xankəndi şəhərində ictimai nəqliyyatdan istifadə üçün 100 gedişlik “CityCard Xankəndi” hədiyyə kartları təqdim edib.
Xüsusi görüşdə kartları “BakıKart”ın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli təqdim edib. Dəstək gənclərin təhsildə qazandıqları uğurların təşviqi və gündəlik ictimai nəqliyyat xərclərinə yardım məqsədi daşıyır.
Tədbirdə Qarabağ Universitetinin prorektoru Rüstəm İsgəndərli universitetin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar və tədris mühiti barədə məlumat verib.
Görüş zamanı həmçinin tələbələrin təhsildə uğurlarının təşviqi, onlara dəstək və gündəlik həyatda ictimai nəqliyyatdan istifadənin əlçatanlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
“BakıKart”ın nümayəndələri tələbələri yüksək nəticələri münasibətilə təbrik edib və yeni tədris ilində onlara uğurlar arzulayıblar.
Təqdim olunan “CityCard Xankəndi” kartlarının hər biri 100 gediş üçün nəzərdə tutulub. Kartlar tələbələrin Xankəndi şəhərində ictimai nəqliyyatdan gündəlik istifadəsinə dəstək məqsədi daşıyır.











