26 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8607+0.0059TRY 0.0335-0.0001100×RUB 2.0719-0.0026
media.az
Tehsil 3

“Fluentopia” layihəsində Alman dili proqramı uğurla yekunlaşıb

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Fluentopia” layihəsinin Alman dili proqramı uğurla başa çatıb.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
“Fluentopia” layihəsində Alman dili proqramı uğurla yekunlaşıb
Tehsil 3 — F4Media

Yenilənib: Sentyabr 29, 2026 11:16 səhər

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Fluentopia” layihəsinin Alman dili proqramı uğurla başa çatıb.

Proqram çərçivəsində gənclər Alman dilini sıfırdan öyrənərək yeni bilik və bacarıqlar qazanıb, praktiki dərslər və interaktiv fəaliyyətlər vasitəsilə dil biliklərini inkişaf etdiriblər.

Təlim prosesi iştirakçılar üçün yalnız yeni dil öyrənmək imkanı ilə məhdudlaşmayıb. Gənclər eyni zamanda yeni dostluqlar qurub, ünsiyyət bacarıqlarını inkişaf etdirib və fərqli təcrübələr əldə ediblər.

Proqramın yekununda fəal iştirakçıların sertifikatlarla təltif olunması nəzərdə tutulur.

“Fluentopia” layihəsi gənclərin şəxsi inkişafına, xarici dil biliklərinin artırılmasına və beynəlxalq ünsiyyət imkanlarının genişləndirilməsinə töhfə verən təşəbbüs kimi yekunlaşıb.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Tehsil 3

“Gənc Sahibkarların Maliyyə Xəritəsi” layihəsi başa çatıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” üzrə qrant müsabiqəsi çərçivəsində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə

Qurban Qurbanzadə1 dəq oxunuş