“Fluentopia” layihəsi çərçivəsində təşkil olunan “İspan dili” kursu başa çatdı.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Fluentopia” layihəsinin “İspan dili” kursu uğurla yekunlaşdı.

Layihə müddətində iştirakçılar ispan dilini sıfırdan öyrənmək, praktiki danışıq vərdişləri qazanmaq və dil bacarıqlarını inkişaf etdirmək imkanı əldə etdilər. Təhsil prosesini uğurla başa vuran gənclərə layihənin yekununda müvafiq sertifikatların təqdim olunması nəzərdə tutulub. Kurs gənclərin şəxsi inkişafına, dünyagörüşünün genişlənməsinə və yeni karyera imkanlarının yaranmasına xidmət edən növbəti uğurlu təşəbbüs kimi yadda qaldı.