8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Siyasət

Prezident İlham Əliyev «Yeni Azərbaycan» partiyasının VIII qurultayında çıxış edib

Bakıda, Heydər Əliyev Mərkəzində «Yeni Azərbaycan» partiyasının VIII qurultayı keçirilir. Tədbirdə Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyev çıxış edib.

Mətn ölçüsü
Prezident İlham Əliyev «Yeni Azərbaycan» partiyasının VIII qurultayında çıxış edib
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

YAP-ın VIII Qurultayı keçirilir – İlham Əliyev çıxış edir

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.

Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyev qurultayda çıxış edib.

Qeyd edək ki, YAP-ın VII Qurultayı 5 mart 2021-ci ildə keçirilib. Partiyanın nizamnaməsinə əsasən, qurultay ən azı beş ildə bir dəfə çağırılır.

Qurultayın əsas səlahiyyətlərinə partiya sədrinin seçilməsi, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının tərkibinin müəyyənləşdirilməsi və onların üzvlərinin seçilməsi daxildir. Həmçinin partiyanın nizamnaməsinə dəyişiklik və əlavələrin edilməsi məsələləri də qurultayın səlahiyyətindədir.

YAP nə vaxt yaradılıb?

Yeni Azərbaycan Partiyasının yaradılması barədə qərar 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransında qəbul edilib. Həmin konfransda partiyanın proqramı və nizamnaməsi təsdiqlənib, Heydər Əliyev YAP sədri seçilib.

İlham Əliyev isə partiyanın III, IV, V, VI və VII qurultaylarında sədr seçilib.

2021-ci il 5 mart tarixində keçirilən VII qurultaydan sonra Mehriban Əliyeva YAP sədrinin birinci müavini, Tahir Budaqov sədr müavini və Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov isə sədr müavini təyin edilib.

YAP-ın VIII Qurultayında partiyanın gələcək fəaliyyət istiqamətləri və rəhbər strukturları ilə bağlı məsələlərin müzakirə olunması gözlənilir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Prezident İlham Əliyev «Yeni Azərbaycan» partiyasının VIII qurultayında çıxış edibF4Media səsləndirməsi