İlham Əliyev və Mehriban Əliyeva ADEX 2026 sərgisi ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 30 sentyabrda Bakı Ekspo Mərkəzində ADEX 2026 və Securex Caspian sərgiləri ilə tanış olublar. Həmin gün hər iki sərgi Bakıda fəaliyyətə başlayıb.

Yenilənib: Sentyabr 30, 2026 1:19 axşam
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.
Hər iki beynəlxalq sərgi 30 sentyabrda Bakı Ekspo Mərkəzində fəaliyyətə başlayıb.
“ADEX 2026” müdafiə sənayesi, hərbi texnologiyalar və təhlükəsizlik sahəsində yeniliklərin nümayiş etdirildiyi beynəlxalq platformadır. Sərgidə müxtəlif ölkələri təmsil edən şirkətlər tərəfindən müdafiə və hərbi təyinatlı məhsullar, texnologiyalar və yeni həllər təqdim olunur.
“Securex Caspian” sərgisində isə daxili təhlükəsizlik, mühafizə və xilasetmə avadanlıqları, eləcə də bu sahədə müasir texnologiyalar nümayiş etdirilir.
Dövlət başçısı və birinci xanım sərgilərdə təqdim olunan ekspozisiyalarla tanış olub, nümayiş etdirilən məhsul və texnologiyalar barədə məlumat alıblar.
Sərgilər Bakı Ekspo Mərkəzində keçirilir.
Mənbə: apa.az





