Bakıda sabah intensiv leysan və güclü külək gözlənilir
Milli Hidrometeorologiya Xidməti bildirib ki, 3 oktyabr tarixində Bakıda və Abşeron yarımadasında intensiv leysan gözlənilir. Güclü şimal-qərb küləyi proqnozlaşdırılır.

Bakıda güclü yağış gözlənilir – külək güclənəcək
Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında intensiv leysan yağışları gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə şimşək çaxacaq, güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər saatlarında yağış daha güclü ola bilər.
Bakıda havanın temperaturu gecə 13–15°, gündüz isə 15–17° isti olacaq.
Ölkə rayonlarında da leysan yağışları, bəzi yerlərdə şimşək və dolu, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Dağlıq rayonlarda temperatur gecə 2–5°, gündüz 5–8° isti olacaq.
Mənbə: modern.az





