8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Azərbaycan

Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimlərinin yüksək səviyyəli müşahidəçilər günü keçirilir

1 oktyabr 2026-cı ildə Xocavənd rayonunda yerləşən Qızılqaya təlim mərkəzində Azərbaycan, Türkiyə və Özbəkistanın «Birliyin Gücü – 2026» birgə hərbi təlimlərinin «Yüksək səviyyəli müşahidəçilər günü» keçirilir.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Xocavənddə «Birliyin Gücü – 2026» təlimlərinin yüksək səviyyəli müşahidəçilər günü
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

1 oktyabr 2026-cı ildə Xocavənd rayonunda yerləşən Qızılqaya təlim mərkəzində Azərbaycan, Türkiyə və Özbəkistanın «Birliyin Gücü – 2026» birgə hərbi təlimlərinin «Yüksək səviyyəli müşahidəçilər günü» keçirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, təlim mərkəzinə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbərləri, həmçinin iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, digər yüksək səviyyəli qonaqlar və yerli və xarici KİV nümayəndələri gəliblər.

Qonaqlar təlimlər çərçivəsində təşkil olunmuş sərgiyə baxıblar. Sərgidə Azərbaycan Ordusunun bu yaxınlarda silahlanmaya qəbul etdiyi və təlimlərin gedişində istifadə olunan yeni silah və texnika nümunələri, həmçinin pilotsuz sistemlər, aviasiya vasitələri və digər xüsusi hərbi avadanlıq nümayiş etdirilib.

Bundan sonra yüksək səviyyəli qonaqlar təlimlərin növbəti mərhələlərini və praktiki fəaliyyətlərini müşahidə edirlər.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimlərinin yüksək səviyyəli müşahidəçilər günü keçirilirF4Media səsləndirməsi