Dünya Kubokunun Bakı mərhələsi başa çatdı – Azərbaycan rekordu yeniləndi
Bakıda üzgüçülük üzrə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun Bakı mərhələsi başa çatıb.

Bakıda üzgüçülük üzrə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun Bakı mərhələsi başa çatıb.
Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Su İdmanı Sarayında keçirilən turnirin final seansından əvvəl “Avroviziya” qalibi Nigar Camalın iştirakı ilə musiqi proqramı təqdim olunub.
Finalda Azərbaycan təmsilçisi Anastasiya Qnusina 200 metr məsafəyə arxası üstə üzmədə 2:20,68 nəticə göstərərək ölkə rekordunu yeniləyib.
Günün digər finallarında kişilər arasında 400 metr qarışıq üsulda Karson Foster, 50 metr kəpənəkdə Yeqor Kornev, 100 metr arxası üstə üzmədə Piter Kutsi, 200 metr brassda Luk Barr, 200 metr sərbəst üsulda isə Şeyn Kazas qalib gəlib.
Qadınlarda 100 metr kəpənəkdə Ros Vanotterdayk, 200 metr arxası üstə üzmədə Anna Peplovski, 50 metr brassda Florin Qaspar, 100 metr sərbəst üsulda Marrit Stenberxen, 200 metr qarışıq üsulda isə Yitinq Yu birinci olub.
Xal sıralamasında kişilər arasında Yeqor Kornev, qadınlar arasında isə Marrit Stenberxen Bakı mərhələsinin qalibi olub. Onlara qızıl medallar təqdim edilib.
Qeyd edək ki, Bakı mərhələsindən sonra Dünya Kubokunun növbəti dayanacağı Daşkənd olacaq. “İpək Yolu” Dünya Kubokunun növbəti mərhələsi 8–10 oktyabr tarixlərində Özbəkistanın paytaxtında keçiriləcək.








