8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
İdman

Yeqor Kornev Bakıda dünya rekordunu təkrarladı – Dünya Kubokunun ikinci günündə tarixi nəticə

Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda artıq yarışın ikinci günündə dünya səviyyəli nəticə qeydə alınıb.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Yeqor Kornev Bakıda dünya rekordunu təkrarladı – Dünya Kubokunun ikinci günündə tarixi nəticə
İdman — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda artıq yarışın ikinci günündə dünya səviyyəli nəticə qeydə alınıb.

Oktyabrın 1-də təntənəli açılışı keçirilən və 44 ölkədən 216 idmançının iştirak etdiyi Dünya Kubokunun ikinci yarış günündə rusiyalı üzgüçü Yeqor Kornev 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında qalib gəlib.

Kornev məsafəni 44,84 saniyəyə qət edib. Bu nəticə dünya rekordunun təkrarlanması deməkdir. Belə ki, eyni nəticəni 2021-ci ildə avstraliyalı Kayl Çalmers Kazanda keçirilən Dünya Kubokunda göstərmişdi.

Beləliklə, Bakıda keçirilən Dünya Kuboku artıq ikinci günündə tarixi nəticəyə şahidlik edib. Yeqor Kornev həm yarışın qalibi olub, həm də 100 metr sərbəst üsulda dünya rekordunu təkrarlayaraq turnirin ən diqqətçəkən nəticələrindən birinə imza atıb.

Qeyd edək ki, Kornev bundan əvvəl Bakıda 50 metr arxası üstə üzmə yarışında qızıl, 50 metr sərbəst üsulda isə gümüş medal qazanıb.

Bakıda keçirilən “İpək Yolu” Dünya Kuboku 3 oktyabradək davam edəcək.

Paylaş

Oxşar materiallar

Hamısına bax
İdman

TBF-də yeni mövsümün yol xəritəsi cızıldı

F4media.az-ın Türkiyədəki xüsusi müxbiri Hüseyn Zorkunun verdiyi məlumata görə, Türkiyə Basketbol Federasiyası (TBF) 2026-2027 mövsümü öncəsi Ankarada İl Təmsilçiləri Toplantısı keçirib. Üç gün davam edən tədbirdə

Qurban Qurbanzadə1 dəq oxunuş
Yeqor Kornev Bakıda dünya rekordunu təkrarladı – Dünya Kubokunun ikinci günündə tarixi nəticəF4Media səsləndirməsi