Üzgüçülük üzrə Dünya Kubokunda ilk final seansı: rekord qeydə alındı
Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Su İdmanı Sarayında keçirilən Üzgüçülük üzrə Dünya Kubokunun ilk final seansı başa çatıb.

Yenilənib: Oktyabr 2, 2026 11:11 axşam
YEGOR KORNEV DÜNYA REKORDUNU TƏKRARLADI!
Rusiyalı üzgüçü Yegor Kornev Bakıdakı Dünya Kubokunda kişilər arasında 100 metr sərbəst üsulda 44.84 saniyə nəticə göstərərək dünya rekordunu təkrarlayıb!
Kornev bu nəticə ilə Avstraliyalı Kyle Chalmers-in 44.84 saniyəlik dünya rekorduna şərik olub.
Bu, Kornevin karyerasında möhtəşəm nəticələrdən biri olmaqla yanaşı, Bakı Dünya Kubokunun ən diqqətçəkən anlarından birinə çevrilib.
Kornev yarışdan sonra F4Media.az açıqlamasında bunun onun üçün yeni və böyük uğurların başlanğıcı olduğunu bildirib:
“Bu, hansısa yolun başlanğıcıdır. Ola bilsin ki, gələcəkdə çox böyük və uğurlu yolun başlanğıcıdır. Mən buna çox can atıram.”













