8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Kənd təsərrüfatı

Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib

Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda dövlət qurumlarının…

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
Kənd təsərrüfatı — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Yenilənib: Oktyabr 6, 2026 11:02 axşam

Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, assosiasiyalar, fermerlər, sahibkarlar və digər iştirakçılar bir araya gəliblər.

Festivalın əsas məqsədi kənd təsərrüfatında innovasiyaların və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi, fermer və sahibkarların dövlət dəstək mexanizmləri, müasir texnologiyalar və aqrar məhsullar barədə məlumatlandırılması, onların məhsul və xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, eləcə də dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

100-cü Yubiley Aqrar Biznes Festivalına qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə 56 rayonda 100 Aqrar Biznes Festivalı keçirilib və festivallar ölkənin bütün iqtisadi rayonlarını əhatə edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və tədbir iştirakçıları festivalda nümayiş olunan stendlərə baş çəkiblər.

Festivalda müasir suvarma sistemləri, bitki mühafizəsi, toxumçuluq, kənd təsərrüfatı texnikası, arıçılıq və digər aqrar istiqamətlər üzrə fəaliyyət göstərən şirkət və dövlət qurumları iştirak edib. Ümumilikdə 100-ə yaxın şirkət və dövlət qurumunun iştirak etdiyi festivalda həmçinin aqrar sahədə fəaliyyət göstərən assosiasiyalar, qadın sahibkarlar və arıçılar da məhsul və xidmətlərini təqdim ediblər.

Festival çərçivəsində kənd təsərrüfatı məhsulları, müasir texnologiyalar, istehsal vasitələri və aqrar sahə üçün müxtəlif məhsul və xidmətlərin təqdim olunduğu sərgi təşkil edilib.

Tədbirin sonunda Aqrar Biznes festivallarında fəal iştirak edən şirkətlərə təşəkkürnamələr təqdim olunub.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Kənd təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Qəbul zamanı vətəndaşların

Qurban Qurbanzadə1 dəq oxunuş
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilibF4Media səsləndirməsi