8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Mədəniyyət

V Şəki Beynəlxalq Teatr Festivalı başlayıb

Şəkidə V Beynəlxalq Teatr Festivalına start verilib. Oktyabrın 1-dən 5-dək davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak edir.

İİlhamə Məmmədova2 dəq oxunuş
Mətn ölçüsü
V Şəki Beynəlxalq Teatr Festivalı başlayıb
Mədəniyyət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Şəkidə V Beynəlxalq Teatr Festivalına start verilib. Festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak edir.

“Festivallar şəhəri” kimi tanınan Şəki növbəti beynəlxalq sənət tədbirinə ev sahibliyi edir. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının dəstəyi ilə keçirilir.

Festivalın açılış mərasimi Şəki Dövlət Dram Teatrında baş tutub. Tədbirdə təşkilatçı qurumların nümayəndələri, tanınmış teatr və incəsənət xadimləri, festival iştirakçıları və qonaqlar, eləcə də şəhər sakinləri iştirak ediblər.

Açılışdan əvvəl festival iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar teatrın tarixini əks etdirən “Şəki Teatrı – dünən və bu gün” sərgisi ilə tanış olub və mətbuat konfransında iştirak ediblər.

Açılış mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Şəki Beynəlxalq Teatr Festivalının tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın şəhərin mədəni həyatında mühüm yer tutduğunu bildirib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov isə Şəkini “Sənətkarlar diyarı” adlandırıb. O, festivalın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə xatirə hədiyyəsi təqdim edib.

Festivalın ilk gününün bədii proqramı Şəki Dövlət Dram Teatrının təqdim etdiyi “Uçqun” tamaşası ilə davam edib. Tuncer Cücenoğlunun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mirbala Səlimlidir. Tamaşada insanın qorxu hissinə qalib gəlməsi mövzusu ön plana çəkilir.

Tədbir çərçivəsində festivalın təşkilinə töhfə verən qurum və şəxslərə təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub. Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən isə Qazaxıstan, Özbəkistan və İran teatr kollektivlərinin rəhbərləri təltif ediliblər.

Festivalın növbəti günlərində Azərbaycan, Qazaxıstan, Özbəkistan və İrandan olan teatr kollektivlərinin iştirakı ilə müxtəlif tamaşalar nümayiş etdiriləcək.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Mədəniyyət

V Şəki Beynəlxalq Teatr Festivalına yekun vurulub

Festivalın sonuncu günü Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim edib. Özbəkistan Respublikasının Əməkdar artisti Malika İskandarovanın quruluş verdiyi tamaşanın rəssamı Yevgeniya Biserovadır. Tamaşada rolları

İlhamə Məmmədova1 dəq oxunuş
V Şəki Beynəlxalq Teatr Festivalı başlayıbF4Media səsləndirməsi