8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Mədəniyyət

Şəkidə V Beynəlxalq Teatr Festivalında İran kollektivi çıxış edib

V Şəki Beynəlxalq Teatr Festivalının dördüncü günündə İranın Ərdəbil Moqan Honar Teatrı "İçimdə bir Araz addımlayır" tamaşasını təqdim edib.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Şəkidə V Beynəlxalq Teatr Festivalında İran teatrının çıxışı
Mədəniyyət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

V Şəki Beynəlxalq Teatr Festivalının dördüncü günündə İran İslam Respublikasının Ərdəbil Moqan Honar Teatrı "İçimdə bir Araz addımlayır" tamaşasını təqdim edib. Tamaşa festival iştirakçıları və teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Əsərin müəllifi Arif Məhtabdır, tamaşaya Qərib Mənuçehri quruluş verib. Səhnə əsərində gənc qadının həsrəti və gözləntisi, gənc kişinin vətəninə qayıtmaq üçün illərlə çəkdiyi əziyyət və onların bir-birinə qovuşa bilməməsi təsvir olunur.

Rolları Davər Fərmani və Nəstəran Əkbərzadə canlandırıblar. Tamaşanın musiqi və vokal həllini Yaşar Haşimi hazırlayıb.

Festival simvolu və təşəkkürnamə

Nümayişdən sonra festivalın simvolu Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova tərəfindən Ərdəbil Moqan Honar Teatrının rəhbərliyinə təqdim olunub. Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən kollektivə Təşəkkürnamə və xatirə hədiyyəsi verilib.

Həmçinin festivalın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə tamaşanın quruluşçu rejissoru Qərib Mənuçehri tərəfindən xatirə hədiyyəsi təqdim edilib.

Beləliklə, festivalın növbəti günü maraqlı səhnə əsəri və Azərbaycan-İran arasında mədəni mübadilə ilə yadda qalıb.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Mədəniyyət

V Şəki Beynəlxalq Teatr Festivalına yekun vurulub

Festivalın sonuncu günü Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim edib. Özbəkistan Respublikasının Əməkdar artisti Malika İskandarovanın quruluş verdiyi tamaşanın rəssamı Yevgeniya Biserovadır. Tamaşada rolları

İlhamə Məmmədova1 dəq oxunuş
Mədəniyyət

V Şəki Beynəlxalq Teatr Festivalı başlayıb

Şəkidə V Beynəlxalq Teatr Festivalına start verilib. Oktyabrın 1-dən 5-dək davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak edir.

İlhamə Məmmədova2 dəq oxunuş
Şəkidə V Beynəlxalq Teatr Festivalında İran kollektivi çıxış edibF4Media səsləndirməsi