9 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9048-0.0047TRY 0.0345-0.0001100×RUB 1.9883-0.008
media.az
Kənd təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyi pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama yayıb

Son günlər pambıqçı fermerlərin təhvil verdikləri məhsulun pulunu ala bilməməsi və ödənişlərin gecikdirilməsi ilə bağlı şikayətlər gündəmdədir.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Kənd Təsərrüfatı Nazirliyi pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama yayıb
Kənd təsərrüfatı — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Son günlər pambıqçı fermerlərin təhvil verdikləri məhsulun pulunu ala bilməməsi və ödənişlərin gecikdirilməsi ilə bağlı şikayətlər gündəmdədir.

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, pambıq istehsalçıları ilə tədarükçü və emalçı şirkətlər arasındakı münasibətlər müqavilə əsasında tənzimlənir. Fermerə avans, gübrə, toxum, pestisid və digər xidmətlər göstərildikdən sonra onların dəyəri məhsulun ümumi məbləğindən çıxılır, qalan vəsait isə şirkət tərəfindən fermerə ödənilməlidir.

Nazirlik qeyd edib ki, şikayətlərdə adı çəkilən şirkətlər özəl hüquqi şəxslərdir və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmirlər. Bu səbəbdən nazirlik həmin müqavilələrə birbaşa müdaxilə edə bilmir.

Nazirlik eyni zamanda vurğulayıb ki, fermerlərə dövlət tərəfindən ödənilən pambıq subsidiyaları vaxtında verilib. Hazırda əsas problem şirkətlərin təhvil alınmış pambığın dəyərini ödəməməsi və ya gecikdirməsi ilə bağlıdır.

Müqavilə öhdəliklərinin pozulması halında fermerlərin məhkəməyə müraciət etmək hüququ var. Nazirlik isə problemin həlli üçün şirkətlərlə müzakirələr aparır və fermerlər qarşısında öhdəliklərin vaxtında və tam yerinə yetirilməsini tövsiyə edir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Kənd Təsərrüfatı Nazirliyi pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama yayıbF4Media səsləndirməsi