9 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9048-0.0047TRY 0.0345-0.0001100×RUB 1.9883-0.008
media.az
Siyasət

Azərbaycan və Qazaxıstan arasında bir sıra mühüm sənədlər imzalanıb

8 oktyabr tarixində Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşünün sənədlərinin imzalanması mərasimi keçirilib. Altı ölkənin liderləri birgə bəyanat və formatın tənzimləyici sənədləri barədə qərar imzalayıblar.

Qurban Qurbanzadə2 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının Türkmənbaşıda 8-ci Məşvərət görüşü
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib.

Görüşün yekunlarına əsasən, iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni, informasiya və gənclər siyasəti sahələrini əhatə edən bir sıra mühüm sənədlər imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu”, həmçinin dövlət başçılarının birgə bəyanatını imzalayıblar.

Mərasimdə digər sənədlər də imzalanıb.

AZƏRTAC ilə Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyətinin baş direktoru Rauşan Kajibayeva imzalayıblar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və institutun direktoru Talqat Kaliyev imza atıblar.

İqtisadi əməkdaşlığın inkişafı istiqamətində də sənəd imzalanıb. Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov tərəfindən imzalanıb.

Elm sahəsində Azərbaycan Milli Elmlər Akademiyası ilə Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi AMEA prezidenti İsa Həbibbəyli və Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Murat Jurinov imzalayıblar.

Bundan başqa, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstanın “Otandastar Fondu” arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və “Otandastar Fondu”nun prezidenti Abzal Saparbekulı imza atıblar.

Gənclər və idman sahəsində də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali imzalayıblar.

İmzalanan sənədlər Azərbaycan-Qazaxıstan münasibətlərinin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsinə və iki ölkə arasında institusional əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Azərbaycan və Qazaxıstan arasında bir sıra mühüm sənədlər imzalanıbF4Media səsləndirməsi