9 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9048-0.0047TRY 0.0345-0.0001100×RUB 1.9883-0.008
media.az
Siyasət

Prezident İlham Əliyev MDB ölkələrinin kulinariya festivalında olub və rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənbaşında MDB ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, həmçinin rəsmi qəbulda iştirak edib.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşında MDB kulinariya festivalının Azərbaycan pavilyonunda
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.

Festival Türkmənistanın 2026-cı ildə MDB-də sədrliyi çərçivəsində təşkil olunan tədbirlər çərçivəsində keçirilir. Festivalda səkkiz ölkə təmsil olunur.

Azərbaycan milli pavilyonu Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə yaradılıb və iki hissədən ibarətdir. Kulinariya hissəsində milli mətbəx və qastronomik ənənələr, həmçinin ölkənin müxtəlif regionları üçün xarakterik olan yerli bitkilər, meyvələr, dənli bitkilər, qoz-fındıq və digər məhsullar təqdim edilir. Ziyarətçilərə həmçinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan çay mədəniyyəti nümayiş etdirilir.

Pavilyonun ikinci hissəsində xalçaçılıq, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika təqdim olunur. Burada da Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında XIX əsr Qarabağ evinin interyeri bərpa edilib.

Pavilyonda həmçinin Azərbaycan musiqisi, o cümlədən gənc xanəndələrin ifasında muğam səslənib.

Rəsmi qəbul

Həmin gün Türkmənbaşında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından rəsmi qəbul verilib və konsert proqramı təşkil olunub. Tədbirdə Prezident İlham Əliyev iştirak edib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Prezident İlham Əliyev MDB ölkələrinin kulinariya festivalında olub və rəsmi qəbulda iştirak edibF4Media səsləndirməsi