Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür
2026-cı il oktyabrın 9-da Xocavənd rayonunun Qadrut qəsəbəsinin işğaldan azad edilməsindən altı il ötür. Bu barədə Azərbaycan KİV-ləri məlumat yayıb.

Hadrudun işğaldan azad edilməsindən 6 il ötür
2026-cı il oktyabrın 9-da Xocavənd rayonunun Hadrud qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür.
Hadrud 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində oktyabrın 9-da azad edilib.
Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Hadrud qəsəbəsi ilə yanaşı, Cəbrayıl, Füzuli və Tərtər rayonlarının bir sıra kəndlərinin də azad edildiyini açıqlayıb.
Hadrudun azad edilməsi 44 günlük Vətən müharibəsinin mühüm dönüş nöqtələrindən biri hesab olunur. Qəsəbənin nəzarətə götürülməsi Azərbaycan Ordusunun sonrakı hərbi əməliyyatları, o cümlədən Şuşa istiqamətində irəliləyişi üçün mühüm əhəmiyyət daşıyıb.
Mənbə: apa.az





