Fransa məktəblərinə 3 min əvəzedici müəllim göndəriləcək
Fransa təhsil naziri Eduard Jefr 3 min əvəzedici müəllimin kadr çatışmazlığı olan məktəblərə göndəriləcəyini açıqlayıb. Qərar etirazlar fonunda verilib.

Fransa təhsil naziri Eduard Jefr bildirib ki, kadr çatışmazlığı yaşayan təhsil müəssisələrinə 3 min əvəzedici müəllim göndəriləcək. Bu qərar etirazlar fonunda verilib.
«Hazırda dərs keçməyən 3 min əvəzedici müəllimimiz var. Bu, əvvəllər onları səmərəli şəkildə bölüşdürə bilmədiyimiz üçün belədir. Yaxın saatlarda bu 3 min müəllim həmin təhsil müəssisələrində işə başlayacaq», deyə o, TF1 telekanalının efirində söyləyib.
Nazirin sözlərinə görə, bir il əvvəl sifariş edilən proqram təminatı sayəsində son dərəcə problemli vəziyyətdə olan təhsil müəssisələrini müəyyən etmək mümkün olub.
O, dəqiqləşdirib ki, «qırmızı zonada» 114 lisey, daha 400-ü isə «narıncı zonada» yerləşir.
Mənbə: news.am





