14 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.8992-0.0061TRY 0.0344-0.0001100×RUB 2.0276+0.0328
media.az
Azərbaycan

İlham Əliyev Türk Dövlətləri Təşkilatının ikinci görüşünün iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının ikinci görüşünün iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə bu sahədə əməkdaşlıq və süni intellektlə və rəqəmsallaşma ilə bağlı yeni vəzifələrdən bəhs olunur.

Yulduz Səlimov2 dəq oxunuş
Mətn ölçüsü
İlham Əliyev Türk Dövlətləri Təşkilatının ikinci görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin əqli mülkiyyət orqanları rəhbərlərinin Bakıda keçirilən İkinci görüşünün iştirakçılarına müraciət ünvanlayıb.

Dövlət başçısı müraciətində tədbir iştirakçılarını salamlayaraq Azərbaycanın TDT-nin institusional möhkəmləndirilməsi, təşkilatın beynəlxalq nüfuzunun artırılması və türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini vurğulayıb.

Prezident qeyd edib ki, tarixi İpək yolu üzərində yerləşən türk dünyası əsrlər boyu görkəmli şəxsiyyətlərin, alimlərin və mütəfəkkirlərin vətəni olub. Xalqların zəngin elmi və mədəni irsi, insan kapitalı və artan innovasiya potensialı TDT çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır.

İlham Əliyev əqli mülkiyyət orqanları rəhbərlərinin görüşlərinin təşkilini təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib. O bildirib ki, ötən il Bişkekdə keçirilən ilk görüş bu sahədə əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli addım olub.

Müraciətdə süni intellektin, rəqəmsallaşmanın və digər yeni texnologiyaların sürətli inkişafının əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr yaratdığı diqqətə çatdırılıb. Prezidentin sözlərinə görə, texnoloji tərəqqinin imkanlarından səmərəli istifadə etməklə yanaşı, müəllif və ixtiraçı hüquqlarının etibarlı müdafiəsi, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında tarazlığın qorunması xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçısı Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellektdən istifadənin genişləndirilməsi, elmi tədqiqatların inkişafı və bu sahədə ixtisaslı kadr potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü bildirib.

Müraciətdə, həmçinin türk xalqlarının ortaq mədəni irsinin qorunmasının, onun mənimsənilməsi və təhrif edilməsinin qarşısının alınmasının birgə fəaliyyətin əsas istiqamətlərindən biri olmalı olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycanda əqli mülkiyyət hüququnun əsasları ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və sonrakı illərdə təkmilləşdirilib.

İlham Əliyev əminliyini ifadə edib ki, Bakı görüşündə aparılacaq müzakirələr və irəli sürüləcək təşəbbüslər əqli mülkiyyət institutları arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, eləcə də türk dünyasının qlobal rəqabət şəraitində inkişafı üçün əlverişli mühitin formalaşmasına töhfə verəcək.

Prezident müraciətinin sonunda tədbirin işinə uğurlar arzulayıb.

Paylaş

Oxşar materiallar

Hamısına bax
İlham Əliyev Türk Dövlətləri Təşkilatının ikinci görüşünün iştirakçılarına müraciət ünvanlayıbF4Media səsləndirməsi