Lənkəran teatrında “Çinarənin elçiləri” tamaşasının məşqləri davam edir
Lənkəran Dövlət Dram Teatrında Şəfahət Şəfinin “Çinarənin elçiləri” adlı etnoqrafik tamaşasının məşqləri davam edir.

Lənkəran Dövlət Dram Teatrında Şəfahət Şəfinin “Çinarənin elçiləri” adlı etnoqrafik tamaşasının məşqləri davam edir.
Səhnə əsərində Cənub bölgəsinin adət-ənənələri, ailə dəyərləri və elçilik mərasiminin özünəməxsus xüsusiyyətləri əks olunur. Tamaşanın məqsədi tamaşaçıları xalqımızın zəngin milli-mənəvi irsi ilə tanış etməkdir.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzər Hüseynova, quruluşçu rəssamı Fuad Hüseynov, rejissor köməkçisi Elçin Hacıyev, musiqi tərtibatçısı isə Zəminə Əliyevadır.
“Çinarənin elçiləri” tamaşasının premyerasının oktyabrın sonunda keçirilməsi nəzərdə tutulur.










