25 oktyabr 2026 Bakı —
media.az
Azərbaycan

Mingəçevir Dövlət Universitetinin 4 tələbəsi “Qarabağ Hakatonu 2026”da iştirak edir

14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” sərgisi çərçivəsində təşkil olunan “Qarabağ Hakatonu 2026” yarışmasında Mingəçevir Dövlət Universitetinin 4 tələbəsi də iştirak edir.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Mingəçevir Dövlət Universitetinin 4 tələbəsi “Qarabağ Hakatonu 2026”da iştirak edir
Azərbaycan — F4Media

14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” sərgisi çərçivəsində təşkil olunan “Qarabağ Hakatonu 2026” yarışmasında Mingəçevir Dövlət Universitetinin 4 tələbəsi də iştirak edir.

F4media.az xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan hakaton işğaldan azad edilmiş ərazilərin inkişafına yönəlmiş innovativ həllərin hazırlanmasını, investisiya imkanlarının təşviqini və rəqəmsal platformanın yaradılmasını hədəfləyir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışmada 13 ali təhsil müəssisəsini təmsil edən 52 tələbə iştirak edir. İştirakçılar işğaldan azad edilmiş rayonlar üzrə investisiya imkanlarını və layihələri bir araya gətirən rəqəmsal platformanın konsepsiyasını hazırlayırlar.

44 saat 44 dəqiqə 44 saniyə davam edən yarışma zamanı tələbələr komandalar şəklində çalışaraq ideyalarını inkişaf etdirir, funksional modellər hazırlayır və layihələrini təqdim edirlər. Komandalara 10-a yaxın akselerasiya və inkubasiya mərkəzinin nümayəndələri mentor dəstəyi göstərirlər.

Hakatonun açılış mərasimində iştirak edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bu cür təşəbbüslərin gənclərin aqrar sahəyə marağının artırılması, startap ekosisteminin inkişafı və kənd təsərrüfatında rəqəmsal həllərin tətbiqi baxımından əhəmiyyətini vurğulayıb.

Yarışmanın sonunda layihələr qiymətləndiriləcək və ilk üç yeri tutan komandalar mükafatlandırılacaq.

Paylaş

Oxşar materiallar

Hamısına bax