Vuqar Zifaroğlu Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib
Vuqar Zifaroğlu ölkə jurnalistlərinin IX qurultayında Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib. Bundan əvvəl Şuraya Rəşad Məcid rəhbərlik edirdi.

Səsvermə Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilib. Onun namizədliyi Mətbuat Şurasının İdarə Heyəti tərəfindən irəli sürülüb.
Qurultayda təşkilatın İdarə Heyətinin yeni tərkibi də formalaşdırılıb. Mətbuat Şurasının əvvəlki sədri Rəşad Məcid olub.
Mənbə: report.az





