İlham Əliyev Azərbaycanda Gürcüstanın yeni səfirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın yeni fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaşvilini qəbul edib. Səfir ona etimadnaməsini təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaşvilini qəbul edib. Səfir dövlət başçısına etimadnaməsini təqdim edib.
Dövlət başçısı Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixini və böyük gələcəyini qeyd edib. Onun sözlərinə görə, iki müstəqil dövlət arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq uğurla inkişaf edir, iki ölkənin xalqlarını qardaşlıq telləri bağlayır. Prezident səfirə işində uğurlar arzulayıb.
Giorgi Zakaşvili qəbula görə təşəkkür edib və qardaş Azərbaycana səfir təyin olunması və dövlət başçısı ilə görüşü ilə əlaqədar böyük qürur hissi keçirdiyini bildirib. O, ölkələrin strateji tərəfdaş olduğunu, xalqların bir-birinə yaxın olduğunu vurğulayıb və Azərbaycanla Gürcüstan arasında tarixən mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminlik ifadə edib.
Söhbət zamanı siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Tərəflər iqtisadi-ticarət sahəsində, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ayrıca iki ölkənin enerji və nəqliyyat sahələrində birgə layihələri toxunulub. Onların təkcə regional deyil, həm də qlobal səviyyədə mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Mənbə: modern.az





