NATO dəstəyi ilə tibbi ingilis dili üzrə ikinci modul Azərbaycanda başa çatdı
Azərbaycan Tibb Universitetinin Hərbi-tibb fakültəsində NATO dəstəyi ilə tibbi ingilis dilinin ikinci modulu keçirilir. Kurs oktyabrın 24-dək davam edəcək.

Azərbaycan Tibb Universitetinin Hərbi-tibb fakültəsində tibbi ingilis dilinin ikinci modulu keçirilir. Kurs NATO Defence Education Enhancement Programme (DEEP) proqramı çərçivəsində həyata keçirilir. Bu barədə Report.az Müdafiə Nazirliyinə istinadla xəbər verir.
Nazirliyin məlumatına görə, məşğələlərdə Bolqarıstandan DEEP nümayəndə heyəti iştirak edir.
İştirakçılara döyüş meydanında tibbi ingilis dilindən necə istifadə etmək, tapşırıqları necə düzgün təşkil edib icra etmək, o cümlədən şifahi ünsiyyət olmadan, habelə taktiki döyüş şəraitində həyatları necə xilas etmək barədə ətraflı izahat verilib.
Kursun məqsədi tanış olunan və tətbiq edilən beynəlxalq təcrübə vasitəsilə iştirakçıların peşəkar biliklərini və bacarıqlarını artırmaqdır. Kurs oktyabrın 24-dək davam edəcək.
Mənbə: report.az





