Bakıda 25 il əvvəl törədilmiş qətl açılıb
Bakıda 2001-ci il iyunun 30-da Nəsimi rayonunda Həqiqət Məmmədovanı öldürməkdə şübhəli bilinən şəxs müəyyən edilib. O, saxlanılaraq təhqiqata təhvil verilib.

Bakıda 25 il əvvəl törədilmiş qətl açılıb. Məlumata görə, polis və prokurorluğun birgə tədbirləri nəticəsində 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı öldürməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Şübhəli — 1976-cı il təvəllüdlü Rovşan Zeynalov. O, saxlanılaraq təhqiqata təhvil verilib.
Qətlin açılması barədə məlumatı bir sıra Azərbaycan KİV-ləri Milli.Az və Trend agentliklərinə istinadən yayıb. Təhqiqat davam edir.
Mənbə: news.milli.az





