Azərbaycan Kino Agentliyi maliyyə hesabatlarının auditorunu seçib
Azərbaycan Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi üçillik dövr üçün maliyyə hesabatlarının yoxlanılması məqsədilə auditor şirkətinin seçilməsi prosedurunu başa çatdırıb.

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi təşkilatın 2023–2025-ci illər üzrə maliyyə hesabatlarının auditorunu seçmək üçün elan etdiyi kotirovka sorğusunun nəticələrini yekunlaşdırıb.
Tender prosedurunun qalibi «Principal» MMC seçilib.
Bağlanmış müqavilənin şərtlərinə əsasən, audit xidmətlərinin göstərilməsi üçün şirkətə 12 min manat ödəniləcək.
Mənbə: report.az





