16 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Mədəniyyət

Parisdə Azərbaycan filmləri nümayiş etdirilib

Parisdə Azərbaycan kino günü keçirildi. Tamaşaçılara üç cizgi filmi və XIX əsr rəssamı Mirzə Qədim İrəvanskiyə həsr olunmuş sənədli film nümayiş etdirilib.

İİlhamə Məmmədova1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan Kino Agentliyinin Paris səfərliyində kino tədbiri
Mədəniyyət — F4Media

F4Media.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Parisdə Azərbaycan kino günü” keçirilib.

Azərbaycan Kino Agentliyi və Azərbaycanın Fransadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin kino və animasiya sahəsindəki yeniliklər barədə məlumat verilib.

Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov kino və animasiya sahəsində fəaliyyət göstərən studiyaların və layihələrin sayının artdığını bildirib. O, bu sahənin inkişafı üçün digər ölkələrlə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində “Bir yağış altında”, “Bum-Bum” və “İsi və Piti” cizgi filmləri, həmçinin XIX əsrin tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvanskinin həyat və yaradıcılığına həsr olunan “Cənnət yuxusu” sənədli filmi nümayiş etdirilib.

Rəşad Əzizov Azərbaycan filmlərinin Fransada nümayişlərinin gələcəkdə daha da artırılacağına ümid etdiyini bildirib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Mədəniyyət

Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan “Səhnədə ömür, sənətdə əbədilik”

İlhamə Məmmədova1 dəq oxunuş