16 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Mədəniyyət

Şəkidə V Beynəlxalq Teatr Festivalı keçiriləcək

F4Media.az xəbər verir ki, oktyabrın 1-dən 5-dək Şəkidə V Beynəlxalq Teatr Festivalı keçiriləcək.

İİlhamə Məmmədova1 dəq oxunuş
Mətn ölçüsü
Şəkidə V Beynəlxalq Teatr Festivalı keçiriləcək
Mədəniyyət — F4Media

F4Media.az xəbər verir ki, oktyabrın 1-dən 5-dək Şəkidə V Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak edəcək. Beş gün davam edəcək tədbir çərçivəsində müxtəlif ölkələrin səhnə sənətini və yaradıcılıq ənənələrini əks etdirən tamaşalar nümayiş olunacaq.

2014-cü ildən keçirilən Şəki Beynəlxalq Teatr Festivalı Azərbaycan teatr tarixində ilk ənənəvi beynəlxalq dramatik teatr festivallarından biri kimi tanınır. Ötən illərdə festivalda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Meksika, Qazaxıstan, Özbəkistan və digər ölkələrin teatrları iştirak edib.

Festivalın əsas məqsədi Azərbaycan və dünya teatrları arasında yaradıcılıq əlaqələrini genişləndirmək, təcrübə mübadiləsini gücləndirmək və yeni əməkdaşlıqlar yaratmaqdır.

V Şəki Beynəlxalq Teatr Festivalı Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Mədəniyyət

Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan “Səhnədə ömür, sənətdə əbədilik”

İlhamə Məmmədova1 dəq oxunuş