19 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8681-0.0026TRY 0.03370100×RUB 2.0687+0.0081
media.az
Hadisə

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Faktla bağlı cinayət işi açılıb.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Yol-nəqliyyat hadisəsi yerində polis lenti
Hadisə — F4Media

Bakı şəhərinin Suraxanı rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza "Renault Megane" markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində baş verib.

Nəqliyyat vasitəsinin sükanı arxasında 2000-ci il təvəllüdlü Teqran İlham oğlu Seyidov olub. İlkin məlumatlara görə, sürücü avtomobilin idarəetməsini itirib və bu, toqquşmaya səbəb olub.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Eşqin Məhərrəm oğlu Qasımov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, qəzanın təfərrüatları araşdırılır.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Hadisə

Çində yeni BYD satış zamanı avtosalondan oğurlanıb

Çinin Xunan əyalətində yeni BYD Song satış zamanı dilerlik mərkəzinin ərazisindən alıcılara təhvil verilməmiş oğurlanıb. Avtomobil təxminən bir saat sonra tapılıb, sürücü polis tərəfindən saxlanılıb.

Yulduz Səlimov2 dəq oxunuş