27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Hadisə

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Faktla bağlı cinayət işi açılıb.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Yol-nəqliyyat hadisəsi yerində polis lenti
Hadisə — F4Media

Bakı şəhərinin Suraxanı rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza "Renault Megane" markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində baş verib.

Nəqliyyat vasitəsinin sükanı arxasında 2000-ci il təvəllüdlü Teqran İlham oğlu Seyidov olub. İlkin məlumatlara görə, sürücü avtomobilin idarəetməsini itirib və bu, toqquşmaya səbəb olub.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Eşqin Məhərrəm oğlu Qasımov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, qəzanın təfərrüatları araşdırılır.

Paylaş

Oxşar materiallar

Hamısına bax